Cavab: əl-Qariə surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «الْقَارِعَةُ» [əl-Qariəh] ﴾(Qəlbləri) Qorxuya salan!﴿. 2- «مَا الْقَارِعَةُ» [Mə-lqariəh] ﴾(Qəlbləri) Qorxuya salan nədir?﴿. 3- «وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ» [Vamə ədrakə mə-lqariəh] ﴾Sən haradan biləsən ki, (qəlbləri) Qorxuya salan nədir?﴿. 4- «يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ» [Youmə yəkunu-nnəsu kəlfəraşi-lməbsus] ﴾O gün insanlar (ətrafa )səpələnmiş pərvanələr tək olacaqlar﴿. 5- «وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوشِ» [Va təkunu-lcibəlu kəlihni-lmənfuş] ﴾Dağlar isə didilmiş yun görkəmi alacaqdır﴿. 6- «فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ» [Fə-əmmə mən səqulət məvazinuh] ﴾(O gün) kimin tərəziləri ağır gələrsə﴿. 7- «فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ» [Fəhuva fi iyşətin radiyəh] ﴾xoşbəxt güzəran sürəcək﴿. 8- «وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ» [Və əmmə mən xaffət məvazinuh] ﴾Kimin tərəziləri yüngül gələrsə,﴿. 9- «فَأُمُّهُ هَاوِيَةٌ» [Fə-ummuhu haviyəh] ﴾anası (sığınacağı yer) Haviyə olacaqdır﴿. 10- «وَمَا أَدْرَاكَ مَا هِيَهْ» [Və mə ədrakə mə hiyəh] ﴾Sən haradan biləsən ki, o nədir?﴿. 11- «نَارٌ حَامِيَةٌ» [Nərun həmiyəh] ﴾O, çox qızmar bir oddur!﴿. (əl-Qariə surəsi, ayə: 1-11).
Təfsir:
1- «الْقَارِعَةُ» [əl-Qariəh] ﴾(Qəlbləri) Qorxuya salan!﴿. Yəni: Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan qiyamət saatı.
2- «مَا الْقَارِعَةُ» [Mə-lqariəh] ﴾(Qəlbləri) Qorxuya salan nədir?﴿. Yəni: Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan bu qiyamət saatı nədir?!
3- «وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ» [Vamə ədrakə mə-lqariəh] ﴾Sən haradan biləsən ki, (qəlbləri) Qorxuya salan nədir?﴿. Yəni: Ey Peyğəmbər! Dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan o saatın nə olduğunu sən nə bilirsən?! Şübhəsiz ki, o, Qiyamət günüdür.
4- «يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ» [Youmə yəkunu-nnəsu kəlfəraşi-lməbsus] ﴾O gün insanlar (ətrafa )səpələnmiş pərvanələr tək olacaqlar﴿. Yəni: O gün insanların qəlbinə dəhşətli qorxu düşəcək və insanlar bu dəhşətin və vahimənin qorxusundan sanki hər tərəfə səpələnəcək kəpənək kimi olacaqlar.
5- «وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوشِ» [Va təkunul-cibəlu kəlihnil-mənfuş] ﴾Dağlar isə didilmiş yun görkəmi alacaqdır﴿. Yəni: Dağlar sürətli hərəkət etməsi ilə sanki əyrilmiş yun kimi olacaqdır!
6- «فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ» [Fə-əmmə mən səqulət məvazinuh] ﴾(O gün) kimin tərəziləri ağır gələrsə﴿. Yəni: O gün yaxşı əmələri pis əməllərdən ağır gələn olan kimsə.
7- «فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ» [Fəhuva fi işətin radiyəh] ﴾xoşbəxt güzəran sürəcək﴿. Yəni: Cənnətdə razı qalacağı xoş güzəran içində olacaqdır.
8- «وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ» [Və əmmə mən xaffət məvazinuh] ﴾Kimin tərəziləri yüngül gələrsə,﴿. Yəni: O gün pis əmələri yaxşı əməllərdən ağır gələn kimsə isə.
9- «فَأُمُّهُ هَاوِيَةٌ» [Fə-ummuhu haviyəh] ﴾anası (sığınacağı yer) Haviyə olacaqdır﴿. Yəni: Qiyamət günü qərar tutacağı yer - Cəhənnəm olacaqdır.
10- «وَمَا أَدْرَاكَ مَا هِيَهْ» [Və mə ədrakə mə hiyəh] ﴾Sən haradan biləsən ki, o nədir?﴿. Yəni: Ey Peyğəmbər! Sən nə bilirsən ki, nədir o?
11- «نَارٌ حَامِيَةٌ» [Nərun həmiyəh] ﴾O, çox qızmar bir oddur!﴿. Yəni: O, hərarəti olduqca şiddətli olan atəşdir.